Son yeniləmə: 22 İyun 2026
BAYRAQDAR MEDİA – Bakı şəhəri üzrə 99 minə yaxın şagird IV və VI siniflərin monitorinqlərində iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
Qeyd edilib ki, IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 7 min 344 şagird kompüter əsaslı monitorinqdə iştirak edib.






İlk şərhi yaza bilərsiniz