BAYRAQDAR MEDİA – 2026-cı ilin yanvar-may ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 192 min 29 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə DSMF-dən məlumat verilib.
Bildirilib ki, müraciətlərdən 76 min 480-i pensiya, 48 min 529-u müavinət, 7 min 305-i Prezident təqaüdü, 32 min 15-i ünvanlı dövlət sosial yardımı, 6 min 841-i fərdi uçot və sosial sığorta, 573-ü dövlət icbari şəxsi sığorta və 20 286-sı isə digər istiqamətlərlə bağlı olub.






İlk şərhi yaza bilərsiniz