Press "Enter" to skip to content

Azərbaycan nümayəndə heyəti QS sammitində

Azərbaycan nümayəndə heyəti QS sammitində

BAYRAQDAR MEDİA – 24–25 iyun tarixlərində Macarıstanın Budapeşt şəhərində “QS Higher Ed Summit: Europe 2026” sammiti keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “iyunun 24-də sammitin rəsmi açılış mərasimi baş tutub. Ali təhsilin gələcəyinə dair qlobal çağırışların və inkişaf perspektivlərinin müzakirə olunduğu sammit dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, beynəlxalq ekspertləri, qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirir. Tədbir çərçivəsində ali təhsil müəssisələrinin strateji inkişafı, beynəlxalq reytinqlərdə mövqelərin möhkəmləndirilməsi, süni intellekt dövründə dəyişən bacarıq tələbləri, universitet-sənaye əməkdaşlığı, rəqəmsal transformasiya və beynəlxalq tərəfdaşlıqlar kimi aktual mövzular müzakirə olunur”.

Daha sonra xəbərdə, “sammitdə Azərbaycanı EATDA, “Study in Azerbaijan” layihəsi, eləcə də Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir. Sammit Azərbaycanın ali təhsil sisteminin beynəlxalq akademik məkana inteqrasiyasının gücləndirilməsi, yerli universitetlərin beynəlxalq miqyasda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və ölkənin ali təhsil potensialının beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır”deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.