BAYRAQDAR MEDİA– Yozgat Bozok Üniversiteti Bilim İletişimi Ofisi tərəfindən, Yozgat Ticaret ve Sanayi Odası, Yozgat Ticaret Borsası və TOBB Kadın Girişimciler Kurulu ilə birgə “Mesleki İletişim” və “İş Hukuku” mövzusunda “Bilim Kafe” tədbiri təşkil olunub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, tədbir Yozgat Ticarət Borsasının iclas salonunda keçirilib.
Görüşdə müxtəlif qurumların rəhbərləri, qadın sahibkarlar və vətəndaşlar iştirak ediblər. İletişim Fakültəsinin dekanı Prof. Dr. Zülfiye Acar Şentürk iş həyatında effektiv kommunikasiya bacarıqlarının əhəmiyyətindən danışıb. Hüquq Fakültəsinin müəllimi dos. Dr. Göksun Çağlar Çopuroğlu isə əmək münasibətləri, işçi və işəgötürən hüquqları barədə məlumat verib.
Tədbirdə iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb və fikir mübadiləsi aparıblar.
Proqram qarşılıqlı sualların cavablandırılması ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz