Press "Enter" to skip to content

İyun ayının sosial ödənişləri yekunlaşdırılıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, bununla da fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl iyunun 12-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 19-da isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyun ayı üzrə pensiyaları ödənilib.

Mission News Theme by Compete Themes.