Press "Enter" to skip to content

ARUCAD-da “Baharın kadrları” foto sərgisi

Sərgidən xatirə fotosu

BAYRAQDAR MEDİA- Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetində “Baharın kadrları” (“Frames of Spring”) adlı foto sərgisi açılıb.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, sərgi fotoqrafiya bölümü tələbələrinin bahar dövrü ərzində hazırladıqları işləri əhatə edir. Ekspozisiyada müxtəlif tematik və yaradıcı foto layihələr təqdim olunub. Tələbələrin tədris və yaradıcılıq prosesləri sərgidə əks etdirilib.

Sərgi həm eksperimental, həm də konseptual işləri bir araya gətirir.

Layihə tələbə yaradıcılığını nümayiş etdirən platforma kimi qiymətləndirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.