BAYRAQDAR MEDİA – İstanbul Universitetində 2025–2026-cı tədris ilinin məzuniyyət mərasimi “Aidiyyətdən Qüdrətə” mövzusu ilə keçirilib. Tədbir Siyasi Elmlər Fakültəsinin yaradılmasının 30 illiyinə təsadüf edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, universitet rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, eləcə də Çankırı millət vəkili Muhammet Emin Akbaşoğlunun iştirakı ilə keçirilən mərasim orkestrin çıxışı, universitetin təqdimat filminin nümayişi və məzunların çıxışları ilə davam edib.
Tələbələr adından çıxış edən İclal Sıla Ay universitetdə qazandıqları aidiyyət hissəsinin gələcək fəaliyyətlərində onlara yol göstərəcəyini bildirib.
Tədbir ailə şəkillərinin çəkilməsi və kampusda təşkil olunan müxtəlif tədbirlərlə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz