Press "Enter" to skip to content

Azərbaycan Suriyanın yanındadır

Tarık Sulo Cevizci

Tarık Sulo Cevizci: Azərbaycan tərəfindən təşkil olunan yay düşərgələrinə ilk dəfə suriyalı tələbələr də dəvət edilib

BAYRAQDAR MEDİA – “Azərbaycan Suriyada yeni dövrün başlamasından sonra yeni rəhbərliklə əlaqə quran ilk ölkələrdən biri olub. Diplomatik nümayəndələrini Suriyaya göndərərək əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirib və iki ölkə arasındakı münasibətlər yenidən qurulmasından mühüm rol oynayıb”.

Bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forumda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Suriyada iqtisadi, mədəni və sosial sahələrdə də ölkənin yanında olub. Xüsusilə enerji sahəsində göstərilən dəstək Suriyanın bərpasına və əsas xidmətlərin yaxşılaşdırılmasında töhfə verib.
Millət vəkili qeyd edib ki, bu il ilk dəfə olaraq “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində suriyalı tələbələrin Azərbaycana gətiriləcək: “Azərbaycan tərəfindən təşkil olunan yay düşərgələrinə ilk dəfə suriyalı tələbələr də dəvət edilib. Bütün bunlar Suriya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrinin gündən-günə daha da gücləndiyini göstərməkdədir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.