BAYRAQDAR MEDİA – Türkiyənin ana müxalifət partiyası olan CHP-də sədrlik müzakirələri yeni mərhələyə qədəm qoyub. Məhkəmənin verdiyi “mütləq butlan” qərarı ilə yenidən partiya sədri vəzifəsinə gətirilən Kemal Kılıçdaroğlu rəhbərliyi TBMM-də Qrup Başqanlığı ilə bağlı diqqətçəkən addım atıb. Özgür Özelin TBMM Qrup Başqanı vəzifəsindən uzaqlaşdırılması tələbi ilə Türkiyə Böyük Millət Məclisinin sədrliyinə rəsmi müraciət edilib.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumata görə, müraciətdə Özgür Özelin yerinə Tekirdağ millət vəkili Faik Öztrakın Qrup Başqanı təyin olunduğu bildirilib. Lakin bu addım həm siyasi, həm də hüquqi baxımdan yeni müzakirələrə səbəb olub.
Qanunvericiliyə əsasən, TBMM Qrup Başqanı deputatların qrup iclasında keçirəcəyi seçki ilə müəyyən edilməlidir. Bununla belə, təqdim olunan müraciətdə bu prosedurun tətbiq edilmədiyi qeyd olunur. Bu səbəbdən müraciətin hüquqi qüvvəsi müzakirə mövzusuna çevrilib.
Digər tərəfdən, CHP-də növbədənkənar qurultayın çağırılması üçün təqdim edilən 830 imza ilə bağlı 10 günlük müddətin başa çatdığı, lakin bu istiqamətdə hələlik rəsmi addımın atılmadığı bildirilir.
Hüquqşünaslar xatırladırlar ki, TBMM sədrliyi bundan əvvəl oxşar müraciətlər zamanı siyasi partiyaların daxili işlərinə müdaxilə etməmək mövqeyi sərgiləyib. Keçmişdə SHP-də baş vermiş analoji mübahisə zamanı həmin dövrün TBMM sədri Hüsaməddin Cindorukun “Bu, siyasi partiyanın daxili işidir” əsaslandırması ilə müraciəti qəbul etmədiyi məlumdur.
CHP rəhbərliyi isə müraciətində hüquqi əsas kimi “Siyasi Partiyalar haqqında” Qanunun 16-cı maddəsinə istinad edib. Həmin maddəyə əsasən, zəruri hallarda partiyanın mərkəzi qərarverici orqanı müəyyən qərarlar qəbul edə bilər.






İlk şərhi yaza bilərsiniz