BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) məişət zorakılığına qarşı mübarizə mövzusunda görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görüşdə 10-a yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib. Agentliyin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri və məişət zorakılığına qarşı mübarizə sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Agentliyin fəaliyyətində məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması və cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi əsas istiqamətlərdəndir”.
Ardınca xəbərdə, “vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri müvafiq sahədə dövlət qurumları ilə əməkdaşlığın vacibliyini vurğulayıblar. Mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların təklifləri dinlənilib. Görüş vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədi daşıyıb” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz