BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektor müavini, professor Uğur Şimşek Heydər Əliyev Liseyində keçirilən 2025–2026-cı tədris ilinin bağlanış mərasimində iştirak edib. Tədbirdə məktəb üzrə və siniflər arasında ilk dörd yeri tutan şagirdlərə medal və müxtəlif hədiyyələr təqdim olunub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, professor Uğur Şimşek çıxışında şagirdlərin ilboyu göstərdikləri əzmkarlığı yüksək qiymətləndirərək onların uğurlarını təbrik edib. O, universitet olaraq gənclərin ali təhsil yolunda hər zaman dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Məktəbin direktoru Yavuz Bağcı və iş adamı Ahmet Temiz də məzunlara gələcək hədəfləri və yay tətilindən səmərəli istifadə ilə bağlı tövsiyələr veriblər.
Mərasim xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.





İlk şərhi yaza bilərsiniz