Press "Enter" to skip to content

3 nömrəli məktəbdən daha bir ilk – VİDEO

3 nömrəli məktəbdən daha bir ilk

BAYRAQDAR MEDİA – Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününü şəxsi təşəbbüsü ilə təşkil etdiyi tədbirlə yenidən bir ilkə imza atdı.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

Xəbərdə deyilir ki, “məktəb daxilində bu əlamətdar tarix həmişə böyük təntənə ilə qarşılanırdı. Direktorun təşəbbüsü ilə bu ilin məzunlarının “Son zəng” tədbirində gətirdikləri bədii kitablar və əlavə olaraq kollektivdən də toplanan kitablar Qarabağ Universitetinin kitabxanasına hədiyyə olaraq təqdim olundu. Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının, professor Misir Mərdanovun, professor Mahirə xanım Nağıqızının, millət vəkili Elçin Mirzəbəyliyinin, kərküklü araşdırmaçı, şair, ictimai xadim Şemseddin Küzeci, Əməkdar jurnalist Azər Həsrət və digər tanınmış şəxslərin kitablarını (məktəb tədbirlərində hədiyyə verilən kitablardan da) götürüb Xankəndində yerləşən Qarabağ Universitetinin kitabxanasına hədiyyə vermək üçün yola düşdülər. Qarabağ Universitetinin nəşriyyat və kitabxana mərkəzinin direktoru Dönməz Xəlilov müəllimləri yüksək səviyyədə qarşıladı və məktəbin müəllimlərini salamlayaraq, onların təqdim etdiyi kitablara görə rəhbərlik adından təşəkkürünü bildirdi. Sonra o, Qarabağ Univetsiteti barədə geniş maraqlı məlumatlar verdi”.

Bildirilib ki, “görüş zamanı məktəbin direktoru Almaz Həsrət Silahlı Qüvvələr Günündə məhz Qarabağ Universitetini nədən seçdiklərini, bu ali məktəbə gəlişlərinin məqsəd və məramları barədə danışdı. O, bildirdi ki, 26 iyun torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün qorunması və xalqımızın təhlükəsizliyi keşiyində dayanan qəhrəman ordumuza və hərbi qulluqçularımıza həsr olunan bir gündür. 44 günlük Vətən müharibəsində əsgər və zabitlər uzun ayrılıqdan sonra ana yurda, doğma diyara dönüş yolunu öz qanı ilə açdı. Şəhid qanı tökülən hər qarış torpaq vətən oldu, Qarabağ Ana Vətənə geri gəldi, bütöv bir Azərbaycan oldu. Həmin günlər torpaqlarımızı mənfur düşməndən azad edib, geri qaytarmaq üçün dua edən ovuclarımız II Qarabağ müharibəsində Dəmir yumruğa çevrildi və düşmənə öz yerini göstərdi. Biz tarixi ədaləti bərpa edib torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə həmişə borcluyuq! İndi bütün Azərbaycan xalqı “can Vətən” deyir, azad torpaqlarımızın ziyarətinə, onun görüşünə tələsir”.

Daha sonra xəbərdə, “26 iyun 2026- cı ildə 3 nömrəli məktəbin müəllim kollektivi, məhz elə həmin tarixi gündə milli-mənəvi, tarixi və mədəni abidələrinin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, bərəkətli torpaqları, füsunkar görünüşü olan gözəl Qarabağın növbəti dəfə ziyarətinə getdilər. İşğaldan azad edilmiş ərazilərdən keçdikcə fərqli mənzərənin şahidi olduqlarını – bir il öncəki səfərlərində yandırılmış, dağıdılmış, viran qalmış yurd yerlərini görmüşdülər. İndi isə mənfur düşmənin viran qoyduğu torpaqların dövlətimizin məqsədyönlü addımları nəticəsində dirçəlməyə başladığını, şəhərlərin, kəndlərin yenidən salındığını gördülər. Zəfərdən dərhal sonra başlanılan bərpa quruculuq işləri sürətlə davam etdiyinin şahidi oldular. Azərbaycan bütün bu işləri öz gücü, imkanları hesabına edir. Dövlətinin yükünü azaltmaq, bərpa işlərini sürətləndirmək üçün bu prosesdə hər bir vətəndaşının iştirakının çox vacib olduğunu bildirir – müəllimlər. Buna görə də bütün xalqımız həmrəylik göstərməli, işğaldan azad olunan ərazilərimizin bərpasında hər birimiz yaxından iştirak etməliyik, deyirlər. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsilin təşkili zərurətini meydana çıxarmışdır. Qarabağ Universiteti yüksək akademik standartlara əsaslanan təhsil mühiti formalaşdırmaqla yanaşı, tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyən geniş imkanlar yaradır. İlk dəfə olaraq Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivi Qarabağ Universitetinə öz töhfələrini vermək üçün getdilər və universitetin kitabxanasına 200 kitab hədiyyə etdilər. Məktəbin direktoru Almaz Həsrət Universitetin kitabxanasında görüş zamanı bundan sonra da bacardıqları köməkliklərini edəcəklərini bildirdilər” deyə qeyd edildi.

Qeyd edilib ki, “ziyarət üçün 26 iyunu seçmələri təsadüfi deyildi. Məhz 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Qarabağ gözəli Xarıbülbülün görüşünə getdilər. Qazilərimizin yaralı ayaqları ilə azad torpaqlarımızı gəzdilər və Xarıbülbül uğrunda can verən Şəhid qanı ilə suvarılan torpaqlarımızı ziyarət etdilər” .

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.