Press "Enter" to skip to content

SXA-dan növbəti ictimai dinləmə

SXA-dan növbəti ictimai dinləmə

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Bakı şəhərində növbəti ictimai dinləmə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbir “Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırma” mövzusuna həsr olunub. Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının inzibati binasında keçirilən ictimai dinləmədə 100-dən çox şəxs iştirak edib. İştrakçılar arasında şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, dövlət və bələdiyyə qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də mövzuyla bağlı müraciət edən digər vətəndaşlar olub”.

Daha sonra xəbərdə, “tədbir zamanı Agentliyin göstərdiyi xidmətlər, həyata keçirilən layihələr, sosial dəstək mexanizmləri və xidmətlərdən yararlanmaq üçün müraciət qaydaları barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, ictimai dinləmələr mütəmadi olaraq təşkil edilir və bu barədə məlumat əvvəlcədən Agentliyin sosial media hesablarında paylaşılır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.