Press "Enter" to skip to content

Sərgi: “Bir mədəniyyət xəzinəsi: “Divanü lüğat-it-türk””

Sərgi: “Bir mədəniyyət xəzinəsi: “Divanü lüğat-it-türk””

BAYRAQDAR MEDİA – İyunun 30-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində “Bir mədəniyyət xəzinəsi: “Divanü lüğat-it-türk”” adlı sərgi açılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sərgi Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin Olğunlaşma İnstitutları, Yunus Əmrə İnstitutu və AMXM-in dəstəyi ilə təşkil olunub. Sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri sayılan Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərinin müasir bədii interpretasiyasını əhatə edir. Sərgi haqqında məlumat verən muzeyin direktoru Əminə Məlikova bildirib ki, ekspozisiyada təqdim olunan əsərlər “Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və əsərdə əksini tapan zəngin mədəni irsdən ilhamlanaraq yaradılıb”.

Daha sonra xəbərdə, “mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Yunus Emrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, türkiyəli professor Şükrü Haluk Akalın və Türkiyə Milli Təhsil Nazirliyi Həyatboyu Öyrənmə Baş İdarəsinin mütəxəssisi Dilay Nakış çıxış edərək “Türk Dünyası Həftəsi”nin və sərginin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, təqdim edilən əsərlər türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə ortaya qoyur. Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə kimi ənənəvi sənət sahələrinə aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında yenidən işlənərək müasir bədii təqdimatda nümayiş olunur. Sərgidə həmçinin yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları və kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri yer alır” deyə qeyd edilir.

Sərgi iyulun 13-dək ziyarətçilər üçün açıq olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.