BAYRAQDAR MEDİA – Erdemir şirkətinin təşkil etdiyi IX “Polad və Həyat” Heykəltəraşlıq Müsabiqəsində Anadolu Universitetinin Gözəl Sənətlər Fakültəsinin tələbələri böyük uğur əldə ediblər.
Bu barədə univerisitetdən məlumat verilib.
Bildirilib ki, müsabiqənin ilk üç mükafatını universitetin tələbələri qazanıblar.
Ümumilikdə fakültənin 23 tələbəsi müxtəlif mükafatlara və sərgidə iştirak hüququna layiq görülüb.
Qalib əsərlər daha sonra Ereğli, İskəndərun və Divriğidə də nümayiş etdiriləcək.






İlk şərhi yaza bilərsiniz