Press "Enter" to skip to content

“PowerChina Resources” şirkəti ilə görüş

Görüşdən foto

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Resources” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti,enerji ixracı imkanları barədə məlumat verilib.
Tərəflər Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlərini və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiriblər.

Müzakirələr zamanı günəş və külək elektrik stansiyalarının inşası üzrə görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak, həmçinin enerji, mineral resurslar və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində birgə fəaliyyət imkanlarna dair fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.