BAYRAQDAR MEDİA – “Neftçi” İdman Klubu tarixi köklərə söykənən yeni və müasir loqosunu təqdim edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Klubdan daxil olub.
Xəbərdə deyilir ki, “ölkənin ən köklü idman təşkilatlarından biri olan klubun yeni emblemi ənənəvi ağ-qara fonda hazırlanıb. Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları əks olunub. Üst hissədə “NEFTÇİ” İdman Klubu adı, aşağısında isə onun yaranma tarixi — “1937” rəqəmi əsas vizual elementlər kimi ön plana çıxır. Bu detallar brendin müasir rəsmi statusunu onun şərəfli və zəngin tarixi irsi ilə vəhdətdə birləşdirir”.






İlk şərhi yaza bilərsiniz