Press "Enter" to skip to content

Seçim dövründə abituriyentlərə dəstək

Rektor gənclərə dəstək olur

BAYRAQDAR MEDİA – Iğdır Universiteti YKS seçim dövründə abituriyentlərə dəstək məqsədilə şəhərin ən işlək məkanlarından biri olan Vali Yolu küçəsində tanıtım stendi qurub. Universitetin əməkdaşları burada namizəd tələbələrə ixtisas seçimi, təhsil imkanları və qəbul prosesi ilə bağlı ətraflı məlumat verirlər.

Bu barədə universitetin xəbərində deyilir.

Bildirilib ki, stenddə universitetin akademik proqramları, kampus infrastrukturu, sosial həyatı və tələbələr üçün təqdim olunan karyera imkanları barədə geniş izahatlar təqdim olunur. Abituriyentlər və valideynlər tanıtım stendinə böyük maraq göstərərək universitet nümayəndələri ilə birbaşa ünsiyyət qururlar.

Məlumata görə, Iğdır Universitetinin rektoru professor Ekrem Gürel də stendi ziyarət edərək gənclərlə və onların ailələri ilə görüşüb. Rektor universitetdə yaradılan müasir təhsil mühiti və tələbələrə təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib.

Universitet rəhbərliyi seçim müddəti ərzində abituriyentlərin düzgün qərar vermələrinə dəstək göstərməyə davam edəcəyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.