BAYRAQDAR MEDİA – 2026-cı il YKS seçim mərhələsində Doğu Akdeniz Universiteti (DAÜ) abituriyentlər tərəfindən böyük maraqla qarşılanır. İyulun 29-da başlayan və avqustun 10-dək davam edəcək seçim prosesi ərzində universitetin müvafiq bölmələri namizəd tələbələrə və onların valideynlərinə geniş məsləhət xidməti göstərir.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, abituriyentlər universitetin təhsil proqramları, təqaüd imkanları, beynəlxalq təhsil sistemi, kampus həyatı və yataqxana şəraiti barədə telefon, elektron poçt, WhatsApp və üzbəüz görüşlər vasitəsilə məlumat əldə edə bilirlər. Universitetin mütəxəssisləri hər bir namizədin düzgün ixtisas seçimi etməsinə kömək göstərmək məqsədilə fərdi məsləhətlər təqdim edirlər. Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən DAÜ Tanıtım, Əlaqə və Qeydiyyat Büroları da seçim dövründə abituriyentlərə birbaşa dəstək verir.
DAÜ-nun rektoru professor Hasan Kılıç universitetə göstərilən yüksək maraqdan məmnunluğunu ifadə edərək, gənclərə keyfiyyətli və beynəlxalq standartlara uyğun ali təhsil təqdim etməyə davam edəcəklərini bildirib. Rektor bütün abituriyentləri və onların ailələrini universitetlə əlaqə saxlamağa dəvət edib və yeni tədris ilində onları DAÜ ailəsinin üzvü kimi kampusda görməkdən məmnun olacaqlarını vurğulayıb.






İlk şərhi yaza bilərsiniz