BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində yaşayan uşaqlar üçün tədbir təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Agentliyin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə H.Abbasov adına Mədəniyyət Mərkəzinin kukla teatrı tərəfindən maraqlı tamaşa nümayiş etdirilib. Animatorların iştirakı ilə müxtəlif əyləncəli oyunlar keçirilib. Rəngarəng görüntülərlə yadda qalan tədbir uşaqlarda xoş təəssüratlar yaradıb. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub”.






İlk şərhi yaza bilərsiniz