BAYRAQDAR MEDİA – Erciyes Universiteti ilə 2-ci Hava Təmir Fabriki Müdirliyi arasında “Tədqiqat-İnkişaf və Təhsil” üzrə əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, 2-ci Hava Təmir Fabriki Müdirliyində keçirilən imzalanma mərasimində Fabrik Müdiri, general-leytenant Volkan Ersun Acar, rektor professor Fatih Altun, Aviasiya və Kosmik Elmlər Fakültəsinin dekanı professor Nafiz Kahraman, baş katibin müavini professor Afşın Alper Cerit və dekan müavinləri iştirak ediblər. İmzalanan protokol çərçivəsində 2-ci Hava Təmir Fabriki Müdirliyi tərəfindən Aviasiya və Kosmik Elmlər Fakültəsinin tələbələrinə universitetin ehtiyac duyduğu təyyarə sistemləri üzrə təlimlər keçiriləcək.






İlk şərhi yaza bilərsiniz