Press "Enter" to skip to content

Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya

Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) sosial sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “ümumilikdə 30-a yaxın şəxsin iştirak etdiyi ekskursiya zamanı benefisiarlar Qaxda yerləşən istirahət mərkəzlərinə aparılıb. Onlar üçün piknik, eləcə də əyləncəli və inkişafetdirici oyunlar təşkil olunub. Ekskursiya uşaqların dünyagörüşünün genişləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb”.

Ardınca xəbərdə, “qeyd edək ki, Agentliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında hazırda Azərbaycanın müxtəlif bölgələrində uşaqlar üçün 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan 1 min 100-dən çox uşağın psixoloji reabilitasiyası, abilitasiyası, pedaqoji inkişafı, habelə ailələrinə dəstək və ailələrin maarifləndirilməsi üzrə kompleks işlər aparılır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.