Press "Enter" to skip to content

BDU məzunlarının elektron diplomları “mygov” platformasında

BDU məzunlarının elektron diplomları “mygov” platformasında

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” rəqəmsal hökumət platformasına inteqrasiyası prosesi tam başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qeyd edək ki, “Təhsil haqqında” Qanunun 27-ci maddəsinə və Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi” Qaydalarına əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilən qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir”.

Elektron diplomlar artıq “mygov” rəqəmsal hökumət platforması və Elm və Təhsil Nazirliyinin (edu.gov.az) rəsmi veb-saytında bakalavr pilləsi üzrə məzunlar üçün əlçatandır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.