BAYRAQDAR MEDİA – Kuzey Kıbrısın Yakın Doğu Universitetinin Kommunikasiya fakültəsinin müəllimi, rejissor dosent Derviş Zaim “63-cü Beynəlxalq Antalya Altın Portağal Film Festivalı”nda “Milli Tammetrajlı Film Müsabiqəsi”nin münsiflər heyətinə rəhbərlik edəcək.
Bu barədə üniversitetin məlumatında qeyd edilib.
Bildirilib ki, oktyabrın 24–31-də keçiriləcək festival 60 ildən artıq tarixi ilə Türkiyənin ən nüfuzlu kino tədbirlərindən biri hesab olunur. Festival çərçivəsində hər il Türkiyə kinosunun ən uğurlu filmləri və sənətçiləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılır.
Derviş Zaim karyerası ərzində “Tabutta Rövaşata”, “Filler ve Çimen”, “Cenneti Beklerken”, “Nokta” və “Gölgeler ve Suretler” filmləri ilə müxtəlif illərdə ümumilikdə 18 Altın Portağal mükafatı qazanıb. Onun “Tabutta Rövaşata” filmi 1997-ci ildə keçirilən 33-cü Antalya Film Festivalında “Ən yaxşı film” və “Ən yaxşı ssenari” mükafatlarına layiq görülüb.
Zaim bu dəfə türk kinosunun yeni dövrünə istiqamət verəcək ekran əsərlərini qiymətləndirəcək münsiflər heyətinə rəhbərlik edəcək. Kino fəaliyyətini akademik çalışmaları ilə paralel davam etdirən rejissor beynəlxalq festivallarda qazandığı təcrübəni həm kino, həm də akademiya sahəsinə ötürür. Onun festivalda münsiflər heyətinin sədri kimi iştirakı türk kinosundakı peşəkar nüfuzunun və beynəlxalq təcrübəsinin göstəricisi kimi qiymətləndirilir.






İlk şərhi yaza bilərsiniz