Press "Enter" to skip to content

Baş müdir vəzifəsində təhvil-təslim olub

BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) Xəstəxanasında baş müdir vəzifəsi üzrə təhvil-təslim mərasimi keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, baş müdir vəzifəsini icra edən dosent Ece Ünal vəzifəsini Bekir Dinçə təhvil verib. Təhvil-təslim zamanı Ece Ünala vəzifədə olduğu müddətdə ÇOMÜ Xəstəxanasına göstərdiyi xidmət və verdiyi töhfələrə görə təşəkkür edilib, yeni baş müdir Bekir Dinçə isə vəzifəsində uğurlar arzulanıb.

Mərasim ÇOMÜ rektoru professor Ramazan Cüneyt Erenoğlunun təşəkkür çıxışından sonra plaket təqdim edilməsi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.