BAYRAQDAR MEDİA – V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb edən “Dizayn (sahələr üzrə)” ixtisas kodlarının qarşısında, texniki səbəblərdən səhvən qeyd olunmuş iki ulduz (**) işarəsi bir ulduz (*) kimi nəzərə alınmalıdır.
Bu barədə DİM-dən məlumat verilib.
Məlumatda deyilir: “Xatırladaq ki, “Abituriyent” 4 jurnalını DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar”.






İlk şərhi yaza bilərsiniz