Son yeniləmə: 11 Avqust 2026
BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetinin Kommunikasiya fakültəsinin müəllimi professor Arzu Gürdal Yurtsal Avropa Universitet İdmanları Assosiasiyası (EUSA) tərəfindən təqdim olunan EUSA Logotype Award mükafatına layiq görülüb. Professor Arzu Gürdal Yurtsalın hazırladığı 2025-ci il Burdur Avropa Universitetləri Stolüstü Tennis Çempionatının rəsmi loqosu EUSA tərəfindən keçirilən beynəlxalq səsvermədə birinci olub.
Universitetin məlumatına görə, Avropanın müxtəlif ölkələrində təşkil olunan 17 universitet idman çempionatının loqolarının qiymətləndirildiyi səsvermədə ən çox səs toplayan “Burdur 2025” loqosu “2025 EUSA Logo Award” mükafatının sahibi olub. Mükafat Avropa universitet idmanlarına töhfə verən şəxs və qurumların təltif olunduğu mərasimdə təqdim edilib.






İlk şərhi yaza bilərsiniz