Press "Enter" to skip to content

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində əyləncəli tədbir

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinləri üçün əyləncəli tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Kiçik ürəklər, böyük ümidlər” adlı inklüziv tədbir təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbir həssas əhali qruplarından olan şəxslərə mənəvi-psixoloji dəstək göstərilməsi, onların asudə vaxtının səmərəli təşkili, eləcə də əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması və cəmiyyətə inteqrasiyasının təşviqi məqsədi daşıyıb. Tədbir çərçivəsində Agentliyin Sumqayıt Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış bədii proqram təqdim olunub. Proqramda “Ülviyyət” xorunun ifasında musiqi nömrələri, “Cırtdan – Balaca olsam da güclüyəm” adlı səhnə tamaşası, ispan rəqsi, vokal və instrumental ifalar, həmçinin müxtəlif bədii kompozisiyalar və səhnə çıxışları yer alıb”.

Bununla yanaşı, tədbir iştirakçıları üçün interaktiv oyunlar və müxtəlif yaradıcılıq fəaliyyətləri təşkil olunub.

Sonda sakinlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.