Press "Enter" to skip to content

Abituriyentlər üçün kitabça təqdim edilib

BAYRAQDAR MEDİA – V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Kitabçanın elektron versiyasını (PDF formatında) https://abiturient.az saytından əldə etmək mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.