Press "Enter" to skip to content

Əlilliyi olan uşaqlar üçün əyləncəli tədbir

Əlilliyi olan uşaqlar üçün əyləncəli tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ağdam Sosial Xidmət Mərkəzinin sosial reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan uşaqlar və onların valideynləri üçün Quzanlı qəsəbəsində yerləşən Xudu Məmmədov adına parkda əyləncəli istirahət proqramı təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sosial inklüzivliyin təşviqi, uşaqların asudə vaxtının səmərəli təşkili və ailələrə mənəvi dəstəyin göstərilməsi məqsədi daşıyan tədbir xoş anlarla yadda qalıb. Proqram çərçivəsində uşaqların sosial bacarıqlarının inkişaf etdirilməsi, həmyaşıdları ilə ünsiyyətinin gücləndirilməsi və ətraf mühitlə daha yaxından tanış olmalarına dəstək məqsədilə müxtəlif interaktiv və komanda oyunları keçirilib. Tədbirdə iştirak edən valideynlərlə fikir mübadiləsi aparılıb, onların sosial reabilitasiya prosesində iştirakı və uşaqlarının inkişafına dəstəyi ilə bağlı müvafiq tövsiyələr verilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.