Əkbər Qoşalı: Bir vaxtlar coğrafi qısnama səbəbindən enerji təminatı ayrıca qayğı tələb edən Naxçıvanın gələcəkdə Türkiyə, İran və hətta Avropa yönündə elektrik enerjisi göndərən mərkəzə çevrilməsi nəzərdə tutulur
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Naxçıvan səfərinin ən strateji məqamlarından biri enerji ilə bağlıdır.
Bunu beynəlxalq “Alaş” ədəbiyyat ödülü laureatı, CASCFEN İdarə Heyətinin üzvü ƏkbƏr Qoşalı deyib.
O, qeyd edib ki, Naxçıvanda 300 meqavatlıq istilik elektrik stansiyasının inşası, yeni Günəş elektrik stansiyaları, su elektrik layihələri və gələcəkdə yüzlərlə meqavatlıq bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi tamam yeni iqtisadi gələcək yaradır: “Hesab edirəm ki, Prezidentin yanaşmasında mərhələlər çox aydındır: öncə təhlükəsizlik; sonra enerji təhlükəsizliyi; indi isə enerji göndərişi. Bax, bu, inkişafın çox maraqlı dövlətçilik formuludur”.
Əkbər Qoşalı bildirib ki, bir vaxtlar coğrafi qısnama səbəbindən enerji təminatı ayrıca qayğı tələb edən Naxçıvanın gələcəkdə Türkiyə, İran və hətta Avropa yönündə elektrik enerjisi göndərən mərkəzə çevrilməsi nəzərdə tutulur: “Bu isə yenə həmin böyük çevrilməni göstərir – məhdudiyyət üstünlüyə çevrilir. – Dövlət ağlı deyirlər buna! Naxçıvan Günəş enerjisi potensialına görə Azərbaycanın ən əlverişli bölgələrindən biridir. Qarabağ və Zəngəzurun gündoğarı ilə birlikdə onun “yaşıl enerji” məkanına çevrilməsi artıq Azərbaycanın enerji xəritəsində yeni üçbucaq yaradır. Dörd tərəfdən öz tarixi torpaqları ilə həndəvər olan müstəqil dövlətimiz tarixi-mədəni irsin enerjisinin itmədiyini bütün enerji növləri üzrə təcəlli etdirir”.






İlk şərhi yaza bilərsiniz