Press "Enter" to skip to content

Ali təhsil ocağından dayanıqlı enerji həmləsi

Erciyes Universiteti

BAYRAQDAR MEDİA – Erciyes Universiteti dayanıqlı kampus və ekoloji cəhətdən dost universitet hədəfləri istiqamətində bərpa olunan enerji yatırımlarını genişləndirir. Universitetdə daha əvvəl istifadəyə verilmiş 2 MVt gücündə günəş enerjisi layihəsindən sonra Erciyes Teknopark TGB-1-də təxminən 1 MVt gücündə yeni Günəş Enerjisi Elektrik Stansiyasının (GES) qurulmasına başlanılıb.

Məlumata görə, layihə çərçivəsində 900 kVt pik gücündə dam və avtomobil dayanacağı üzərində GES-in tikintisinə 2026-cı ilin iyulunda start verilib və stansiyanın sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır: “Yeni stansiyanın ildə təxminən 1 milyon 200 min kVt/saat elektrik enerjisi istehsal edəcəyi, bununla da TGB-1-in illik elektrik tələbatının təxminən 85 faizinin günəş enerjisi hesabına qarşılanacağı gözlənilir”.

Erciyes Universitetinin rektoru professor Fatih Altun bildirib ki, universitet dayanıqlılıq məqsədlərini yalnız elmi fəaliyyətlə deyil, konkret investisiyalarla da dəstəkləyir. O, universitetdə daha əvvəl istifadəyə verilmiş 2 MVt-lıq günəş enerjisi layihəsinə Teknoparkdakı yeni investisiyanın əlavə edilməsinin əhəmiyyətini vurğulayıb.

Erciyes Teknopark TGB-2-də 2025-ci ildə istifadəyə verilən Mexaniki Ar-Ge binalarının damlarında da GES qurulması planlaşdırılır və bununla bağlı zəruri bağlantı müraciəti artıq edilib. Universitet və Erciyes Teknopark həyata keçirilən və planlaşdırılan layihələrlə bərpa olunan enerjidən istifadəni artırmağı, enerji səmərəliliyini yüksəltməyi və dayanıqlı texnologiya ekosistemi formalaşdırmağı hədəfləyir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.