Press "Enter" to skip to content

SXA sədrinin Bərdədə vətəndaş qəbulu

SXA sədrinin Bərdədə vətəndaş qəbulu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov Bərdədə vətəndaşları qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ümumilikdə 20-dən çox vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən mənzil (fərdi ev) və avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat, reabilitasiya vasitələri ilə təminat və Agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub. Vətəndaş müraciətləri dinlənilib, xüsusi araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib”.

Qeyd edək ki, Respublikanın müxtəlif şəhər və rayonlarında həyata keçirilən qəbullarda iştirak etmək istəyən imtiyazlı şəxslər (012) 525 41 30 (daxili 5614; 5625) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, müvafiq regional filiala yaxınlaşaraq həmçinin Agentliyin sosial şəbəkə hesablarına yazaraq müraciət edə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.