Press "Enter" to skip to content

Əlilliyi olan şəxslər üçün dizayn üzrə master-klas

Əlilliyi olan şəxslər üçün dizayn üzrə master-klas

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün Simoorg Dizayn Akademiyasında dizayn üzrə master-klas təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “tədbir zamanı iştirakçılara müxtəlif geyim eskizləri təqdim olunub. Benefisiarlar öz ideya və yaradıcılıq yanaşmalarını tətbiq edərək 3D modellər üzərində geyim nümunələri hazırlayıblar. Bununla yanaşı, iştirakçılar shopper çantaların tikilməsi üzrə praktiki məşğələdə iştirak ediblər”.

Daha sonra xəbərdə, “master-klasın məqsədi benefisiarların geyim dizaynı və tikiş sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq imkanlarını üzə çıxarmaq və yeni peşə istiqaməti üzrə təcrübə qazanmalarına şərait yaratmaq olub” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.