Press "Enter" to skip to content

Çinin CC7 şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “China National Chemical Engineering & Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyang ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.