BAYRAQDAR MEDİA – İstanbulda 2026–2027-ci tədris ilinin başlayacağı 14 sentyabr bazar ertəsi günü şəhər üzrə məktəblərin dərs saatlarında dəyişiklik edilib.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, İstanbul Valiliyinin qərarına əsasən, şəhər üzrə dövlət və özəl ibtidai, orta və liseylərdə ilk gün tədris prosesi saat 10:00-dan 15:00-dək həyata keçiriləcək.
Qərarın yeni tədris ilinin ilk günündə şagird və valideynlərin hərəkətliliyi, eləcə də səhər saatlarında gözlənilən nəqliyyat sıxlığının azaldılması məqsədilə qəbul edildiyi bildirilib.






İlk şərhi yaza bilərsiniz