BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin (DAÜ) Kompüter və İnformasiya Elmləri fakültəsi nəzdində fəaliyyət göstərən TechGirls Komitəsi ilə Asbank qadın tələbələrin informasiya texnologiyaları sahəsində təcrübə qazanmasına imkan verən staj proqramını davam etdirib.
Bu barədə univerisitetin məlumatında qeyd edilib.
Bildirilib ki, DAÜ və Asbank arasında 2025-ci ildə başlayan əməkdaşlıq 2026-cı ildə imzalanan əməkdaşlıq protokolu ilə daha da sistemli xarakter alıb. Proqram çərçivəsində tələbələr Asbankın informasiya texnologiyaları bölməsinin fəaliyyəti ilə yaxından tanış olub, korporativ ünsiyyət, iş etikası, peşəkar davranış və iş həyatının müxtəlif istiqamətləri barədə məlumat əldə ediblər.
Staj müddətində tələbələr əldə etdikləri bilik və təcrübələri komanda şəklində hazırladıqları layihələrə tətbiq ediblər. Onlar süni intellekt əsaslı tətbiqlər, robotlaşdırılmış proseslərin avtomatlaşdırılması (RPA), React əsaslı proqramların hazırlanması və uşaq bankçılığı kimi müasir texnologiya istiqamətlərində layihələr üzərində çalışıblar.
Tələbələr hazırladıqları layihələri Asbank və DAÜ nümayəndələrindən ibarət heyətə təqdim ediblər.
Əməkdaşlığın əsas məqsədlərindən biri informasiya texnologiyaları sahəsində qadınların təmsilçiliyini gücləndirmək, gender bərabərliyinə və daha inklüziv iş mühitlərinin formalaşmasına töhfə verməkdir.






İlk şərhi yaza bilərsiniz