BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 7 tələbəsi Çinin Anhui Universiteti ilə “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə ikili diplom proqramı çərçivəsində təhsilini Çində davam etdirəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu məqsədlə Şərqşünaslıq fakültəsinin “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri Ayan Əskərli, Alsu Fərziyeva, Sara Babazadə, Ömər Məmmədov, Xədicə Namazova, Kristina Rojkova, Ayan Quliyeva Anhui Universitetinə yola salınıb. Qeyd edək ki, BDU ilə Anhui Universiteti arasında 2023-cü ildə “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı imzalanıb. Artıq ikinci ildir ki, Şərqşünaslıq fakültəsinin tələbələrinin novbəti qrupu bu proqram üzrə iştirak edir”.
Ardınca xəbərdə, “ikili diplom proqramının həyata keçirilməsi ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq təcrübəsinin artırılması və müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramı uğurla başa vuran tələbələrə hər iki universitetin diplomu veriləcək” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz