BAYRAQDAR MEDİA – Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 min 999, IX sinfində 49 min 167, XI sinfində 39 min 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır: “Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 min 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 min 43 uşaq cəlb olunub. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 min 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır”.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.






İlk şərhi yaza bilərsiniz