Press "Enter" to skip to content

Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: “Təhsilimizlə qayıdırıq!” – VİDEO

Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: "Təhsilimizlə qayıdırıq!"

BAYRAQDAR MEDİA – Gəncə şəhərində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə təhsil alan şagirdlərin iştirakı ilə Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “məktəblilər Qarabağda təhsil almaq arzularını və qayıdış sevincini ifadə edən sloqanlar səsləndiriblər. Fləşmobun sonunda məktəblilər “Təhsilimizlə qayıdırıq!” şüarını səsləndirərək, doğma Kəlbəcərə qayıtmağa və orada təhsillərini davam etdirməyə hazır olduqlarını nümayiş etdiriblər”.

Mission News Theme by Compete Themes.