BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetində (DAÜ) 2026–2027-ci akademik ilində təhsil almaq hüququ qazanan Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) vətəndaşı və xarici tələbələrin qeydiyyatı davam edir.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Yüksəköğretim Kurumları Sınavı (YKS) nəticəsində DAÜ-yə yerləşdirilən tələbələrin qeydiyyat prosesi başa çatıb: “KKTC vətəndaşı və xarici tələbələr üçün qeydiyyat isə 5 oktyabr 2026-cı il tarixinədək davam edəcək. Universitetdə payız semestrinin dərsləri 21 sentyabrda başlayacaq. Beynəlxalq və çoxmədəniyyətli kampus mühiti ilə fərqlənən DAÜ müxtəlif ölkələrdən olan tələbələri bir araya gətirir. Universitet tələbələrə akademik təhsillə yanaşı, sosial, mədəni və idman imkanlarından yararlanmaq şəraiti də yaradır”.






İlk şərhi yaza bilərsiniz