BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin Stomatologiya fakültəsində 2026–2027-ci tədris ilinin ilk dərsini rektor Prof. Dr. Evren Yaşar keçib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, yeni stomatoloq namizədlərinə müraciət edən rektor Prof. Dr. Evren Yaşar tələbələri universitetdə görməkdən məmnunluğunu ifadə edib. O, stomatologiyanın yalnız elmi bilik və texniki bacarıqlardan ibarət olmadığını, insan həyatına birbaşa toxunan mühüm peşə olduğunu vurğulayıb.
Çıxışında tələbələrə peşə təhsili müddətində elmi düşüncə tərzini formalaşdırmağı, əl bacarıqlarını inkişaf etdirməyi, texnologiyadan səmərəli istifadə etməyi, pasiyentlə ünsiyyətə əhəmiyyət verməyi və peşə etikasına riayət etməyi tövsiyə edən rektor gələcəyin stomatoloqlarının, xüsusilə süni intellekt və rəqəmsal texnologiyalar başda olmaqla, peşədəki yenilikləri yaxından izləmələrinin vacibliyini bildirib.
Universitet illərinin yalnız dərs və imtahanlardan ibarət olmadığını qeyd edən rektor tələbələri elmi layihələrə, tədqiqat fəaliyyətlərinə, beynəlxalq mübadilə proqramlarına, tələbə birliklərinə, idman və incəsənət tədbirlərinə fəal şəkildə qoşulmağa təşviq edib.
Yeni tədris ilinin tələbələr, akademik və inzibati heyət üçün uğurlu keçməsini arzulayan Prof. Dr. Evren Yaşar stomatoloq namizədlərinə peşə yolunda uğurlar diləyib.






İlk şərhi yaza bilərsiniz