1411-İdman sahəsində əməkdaşlıq müzakirə olunub-8
BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin rektoru Prof. Dr. Ramazan Cüneyt Erenoğlu Türkiyə Sualtı İdmanları Federasiyasının rəhbərliyi ilə görüşüb. Görüşdə universitetlə federasiya arasında hazırlanmaqda olan əməkdaşlıq protokolunun detalları və Gökçeada Su İdmanları Peşə Yüksekokulu layihəsi müzakirə olunub.
Tərəflər yeni ali məktəbin akademik proqramı, texniki infrastrukturu, dalğıclıq və sualtı idmanları üzrə ixtisaslı kadr hazırlığı məsələlərini nəzərdən keçiriblər. Federasiya rəhbərliyi Gökçeada Su İdmanları Peşə Yüksekokulunun yaradılması, təhsil və tətbiq proseslərinə tam dəstək verəcəklərini bildirib. Rektor Ramazan Cüneyt Erenoğlu isə əməkdaşlığın ortaq layihələr, sertifikatlaşdırma proqramları və idmançı hazırlığı istiqamətlərində inkişaf etdiriləcəyini qeyd edib.





İlk şərhi yaza bilərsiniz