1446-Meriç Dedədən rektor Gürelə vida ziyarəti-9
BAYRAQDAR MEDİA – Hakimlər və Prokurorlar Şurasının (HSK) Birinci Dairəsinin qərarı ilə Giresun Baş prokuroru vəzifəsinə təyin edilən İğdır Baş prokuroru Meriç Dede İğdır Universitetinin rektoru, professor Ekrem Gürelə vida ziyarəti edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, rektorluqda keçirilən görüşdə Baş prokuror Meriç Dedenin İğdırda vəzifədə olduğu müddətdə həyata keçirdiyi uğurlu fəaliyyət, eləcə də Universitetlə Baş Prokurorluq arasında qurulan səmərəli və qarşılıqlı əməkdaşlıq münasibətləri müzakirə olunub.
Ziyarətdən məmnunluğunu ifadə edən rektor professor Ekrem Gürel şəhərə göstərdiyi dəyərli xidmətlərə və qurumlararası əlaqələndirməyə verdiyi töhfələrə görə Baş prokuror Meriç Dedeyə təşəkkür edib, yeni vəzifəsində uğurlar arzulayıb.
İğdır Baş prokuroru Meriç Dede isə vəzifədə olduğu müddətdə İğdır Universiteti ilə son dərəcə səmərəli əməkdaşlıq etdiklərini bildirib. O, göstərilən qonaqpərvərliyə və yaxın əməkdaşlığa görə rektor Gürelə minnətdarlığını ifadə edib.
Ziyarət günün xatirəsinə təqdim olunan hədiyyə və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.





İlk şərhi yaza bilərsiniz