BAYRAQDAR MEDİA – AJet-in “Kabində İnkişaf Mədəniyyəti” layihəsi çərçivəsində kabin heyətləri üçün işarə dili təlimlərinə başlanılıb. “Aviasiyada Türk İşarə Dili” adlı təlim proqramı eşitmə məhdudiyyətli sərnişinlərlə daha effektiv və düzgün ünsiyyət qurulmasına dəstək olacaq.
Bu barədə siyasigazete.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, təlimdə işarə dilinə giriş, əlifba, rəqəmlər, zaman ifadələri, əsas salamlaşma və ünsiyyət cümlələri öyrədiləcək: “Həmçinin uçuş zamanı yarana biləcək müxtəlif vəziyyətlərlə bağlı praktiki ssenarilər təqdim olunacaq. Beynəlxalq İşarə Dilləri Günü münasibətilə ilk təlim AJet-in baş ofisinin əməkdaşları üçün keçirilib. Təlimi AJet-də kabin bələdçisi və peşəkar işarə dili təlimçisi Ceyda Kır keçirib”.
Layihənin könüllü AJet kabin heyətləri arasında genişləndirilməsi planlaşdırılır.






İlk şərhi yaza bilərsiniz