Press "Enter" to skip to content

(title)

1616-Türkiyə Müdafiə Nazirliyindən Kıbrıs açıqlaması-12

BAYRAQDAR MEDİA – Türkiyə Milli Müdafiə Nazirliyi Kipr adasındakı hərbi proseslərin yaxından izlənildiyini açıqlayıb.
Bu barədə izmirmanset.com.tr saytı məlumat yayıb.
Məlumata görə, nazirlik Güney Kıbrıs Rum Administrasiyasının silahlanma fəaliyyəti və üçüncü ölkələrlə hərbi əməkdaşlığının adadakı həssas tarazlığa və təhlükəsizlik mühitinə mənfi təsir göstərə biləcəyini bildirib. Qeyd olunub ki, bu addımlar tərəflər arasında etimadın formalaşmasına, eləcə də Kıbrısda sülh və sabitliyə töhfə vermir.
Türkiyə Kıbrıs türklərinin təhlükəsizliyi, əmin-amanlığı və rifahının qorunması üçün Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əməkdaşlıq çərçivəsində zəruri tədbirləri görməkdə davam edəcəyini bildirib.
https://www.izmirmanset.com.tr/msb-kibristaki-askeri-gelismeleri-yakindan-takip-ediyoruz

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.