BAYRAQDAR MEDİA – İğdır Valiliyinin “Mənim şəhərim, mənim evim” layihəsi çərçivəsində Türk Analar Dərnəyinin üzvləri Engelsiz Parkda ətraf mühitin təmizlənməsi ilə bağlı aksiya keçiriblər. Valiliyin koordinasiyası ilə həyata keçirilən layihə şəhər miqyasında genişmiqyaslı təmizlik hərəkatına çevrilib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, Topçular məhəlləsində Türk Analar Dərnəyinin İğdır filialının üzvləri və məhəllə sakinləri aksiyaya qoşulublar. Tədbirdə analarla yanaşı, sahibkarlar, məhəllə sakinləri və tələbələr də iştirak ediblər. Könüllülər əlcəklər, süpürgələr və zibil torbaları ilə parkı başdan-başa təmizləyiblər.
Aksiyanın məqsədi şəhərdə ekoloji şüurun artırılması və daha təmiz yaşayış mühitinin formalaşdırılmasına töhfə vermək olub. Təşkilatçılar bu cür tədbirlərin şəhər sakinlərinin ətraf mühitə həssaslığının gücləndirilməsinə xidmət etdiyini bildiriblər.






İlk şərhi yaza bilərsiniz