BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyəti Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən ikiillik ön lisans proqramlarından dördillik bakalavr proqramlarına keçmək istəyənlər üçün keçirilən 2026-cı il Dikey Geçiş Sınavı (DGS) üzrə yerləşdirmə nəticələri açıqlanıb. Nəticələrə əsasən, Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki universitetlər arasında ən çox DGS tələbəsi Doğu Akdeniz Universitetinə (DAÜ) yerləşdirilib.
Bu barədə univeristetdən məlumat verilib.
Bildirilib ki, 2026-cı il DGS nəticələrinə görə KKTC universitetlərinə ümumilikdə 416 tələbə qəbul hüququ qazanıb. Onlardan 92-si DAÜ-də təhsil almağı seçib. Bununla da DAÜ KKTC-də DGS üzrə ən çox tələbə qəbul edən universitet olub. Bu göstərici universitetin ali təhsil müəssisələri arasında önə çıxdığını göstərir.
Nəticələr DAÜ-nün bakalavr pilləsinə keçid imkanlarından yararlanan tələbələr arasında yüksək tələb gördüyünü ortaya qoyur.










İlk şərhi yaza bilərsiniz