Press "Enter" to skip to content

800 çarpayılıq yeni xəstəxananın təməli qoyulub

BAYRAQDAR MEDİA – Fırat Universitetinin Elazığ və bölgənin səhiyyə imkanlarını genişləndirməsi nəzərdə tutulan 800 çarpayılıq yeni xəstəxana binasının təməli qoyulub. Təməlqoyma mərasimi Türkiyə Prezidentinin müavini Cevdet Yılmazın iştirakı ilə keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, tədbirdə Elazığ valisi, millət vəkilləri, bələdiyyə rəhbərliyi, universitet rəhbərliyi, akademiklər, səhiyyə işçiləri və çoxsaylı qonaqlar iştirak ediblər. Təxminən 300 dönüm ərazidə inşa ediləcək xəstəxananın deprem izolyatorlu və üfüqi memarlıq əsasında layihələndirildiyi bildirilib. Yeni müəssisədə böyüklər, uşaqlar və yenidoğulmuşlar üçün ümumilikdə 155 reanimasiya çarpayısının nəzərdə tutulduğu açıqlanıb. Xəstəxanada ürək-damar xəstəlikləri, xərçəng, orqan və toxuma transplantasiyası, eləcə də kəskin insultun müalicəsi üzrə imkanların yaradılması planlaşdırılır. Layihənin tamamlanması ilə Elazığ və ətraf vilayətlərdən müraciət edən xəstələrə daha geniş və müasir səhiyyə xidmətlərinin göstərilməsi hədəflənir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.