Press "Enter" to skip to content

Sosial dəstək davam edir

BAYRAQDAR MEDİA – Tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30700 şəxsin məşğulluğuna dəstək göstərib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, Agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar.
Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb ediliblər.. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.